Çiyələkli Vanilli Tort Resepti

Tərkibi:
  • 250 qr kərə yağı
  • 400 qr un
  • 250 qr şəkər tozu
  • 2 Ədəd yumurta
  • 2 Su stəkanı qaymaq (krem üçün)
  • 3 Yemək qaşığı pudra şəkəri
  • 1 Paket vanil
  • 2 Su stəkanı çiyələk
  • nanə yarpaqları
Hazırlanması:
Bir qabın içinə otaq istiliyindəki kərəyağını yumşalana qədər qarışdırın.
Üzərinə unun üçdə birini əlavə edin və qarışdırın.
Qarışdırarkən əvvəl şəkər tozu ardından yumurta və daha sonra qalan unu əlavə edin.
Hamısı yaxşı qarışana qədər döyün.
30 * 40 santimetr böyüklüyündə bir nimçəni yağlı kağızla örtün və xəmiri nimçəyə boşaldın.
180 dərəcəlik sobada qızarana qədər bişirin.
Bişən xəmiri sobadan götürüb, soyumağa buraxın.
Soyuyan keksi üç bərabər parçaya bölün.
Bu vaxt qaymağı (kremi), pudra şəkəri və vanil ilə çırpın.
Bu kremdən ilk tort qatına sürün.
Üzərinə çiyələk sıralayın.
İkinci tort qatını üzərinə qoyun.
Krem sürün və yenə çiyələk sıralayın.
Son parça keksi də yerləşdirib, üzərinə qalan kremi sürün və çiyələkləri düzün.
Təzə nanə yarpaqları ilə bəzəyib, servis edin.
| | Devamı... 19 Nisan 2014 Cumartesi Venker 0 yorum

Meyvəli tort Resepti

Tərkibi:
  • Xama – 500 qr.
  • Şəkər – 1 st.
  • Jelatin – 3 x.q.
  • Hazır biskvit – 300 qr.
  • Çiyələk,Qarağat,Kivi
(digər meyvələrdən də istifadə edə bilərsiniz)
Hazırlanması:
Jelatini yarım stəkan qaynadılmış soyuq suda 30 dəqiqə saxlayın. Xamanı şəkərlə qarışdırın. Jelatini həll olana kimi qızdırın. Qaynamağa imkan verməyin. Həll olmuş jelatini xamaya əlavə edin. Qarışımın bir kasanın divarına sürtürük. Meyvələri və birkvit tikələrini əlavə edirik. Ərzaqlar bitənə kimi belə davam edirik. Üstünü jelatin-xama qarışımı ilə bağlayırıq. Soyuducuya qoyub, 2 saat saxlayırıq. Soyuducudan çıxarandan sonra üzü aşağı çeviririk. Nuş olsun!
Qeyd: turş meyvələrdən istifadə etsəniz, üstünə şəkər pudrası səpin.

Möcüzə tortu Resepti

  • Ərzaqlar:
  • Biskvit üçün:
  • 4 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan un
  • Korj üçün şirə:
  • 130 qram şəkər tozu
  • 120 ml su
  • 1 x.q. konyak
  • Süfle üçün:
  • 300 ml qaymaq (33%)
  • 1,5 stəkan şəkər pudrası
  • 20 qram jelatin
  • Şokolad şirəsi üçün:
  • 2 x.q. xama
  • 50 qram kərə yağı
  • 3 x.q. şəkər tozu
  • 2-3 x.q. kakao

Tortu bəzəmək üçün:
  1. 0,5 stəkan qoz ləpəsi
  2. 50 qram şokolad

Hazırlanma qaydası:
Biskviti hazırlayıb, sobada bişirin. Sonra biskvit korjunu forma qabından çıxarıb, 8-12 saat müddətində kənara qoyun. Sonra korju iki hissəyə bölüb, hər iki korjun üzərinə hazırladığınız şirəni çəkin.
Sufle hazırlamaq üçün:
1 stəkan südün içinə jelatini töküb, 1 saat ərzində köpənə qədər saxlayın. Sonra odun üstünə qoyub, jelatin tam həll olunana qədər bişirin. Çalışın qaynatmayasız.
Soyudulmuş qaymağı şəkər pudrası ilə yaxşıca çalıb, üstünə bişmiş jelatini əlavə edərək, qarışdırın.
Yumru forma qabına korjun birini yerləşdirib, üstündən sufleni tökün. Sonra suflenin üstündən ikinci korju qoyun. Tortu 2 saat müddətində soyuducuda saxlayın. Sufle donan kimi, tortu soyuducudan çıxarıb, üstünə hazırladığınız şokoladlı şirəni tökün.
Şokoladlı şirəni hazırlamaq üçün:
Qazanın içinə xama töküb, üstünə kərə yağı, şəkər tozu və kakao əlavə edib, vam odda şəkər tozu həll olunana qədər bişirin. Sonra bişmiş şokoladlı şirəni soyumaq üçün kənara qoyun. İstəsəniz, şokoladlı şirə əvəzinə qazanda şokoladı əridib, üstünə süd və bir parça kərə yağı əlavə edin.
Tortu bəzəmək üçün:
Qoz ləpəsini blenderdən keçirib, sürtkəcdən narınlaşdırılmış şokoladla qarışdırın.
Tortun üstünə və kənarlarına şokoladlı şirə çəkin. Sonra üstündən qoz ləpəsi ilə qarışdırılmış şokoladı səpin.
Tortu süfrəyə verərkən, üstünü qoz ləpəsi ilə bəzəyin.
| | Devamı... 1 Mart 2014 Cumartesi Venker 0 yorum

Badamlı peçenye Resepti

Tərkibi:
  1. Badam (təmizlənmiş, blenderdən keçirilmiş – 2 stəkan;
  2. Yumurta – 2 ədəd;
  3. Şəkər kirşanı – 1 stəkan;
  4. Vanil – 1 ç/q.;
  5. Bəzək üçün badam dənələri.
Hazırlanması:
Badamları 1-2 dəqiqə qaynatdıqdan sonra qabığını soyub, blenderdən keçiririk. Yumurtaları sındırıb, şəkər kirşanı ilə birgə köpüklənənə kimi çalırıq. Sonra badamla vanili də əlavə edirik.
Hazır kütləni çay qaşığı ilə əvvəlcədən isidilmiş və yağlanmış tavaya tökürük. Hər peçenyenin üzərinə 1 ədəd badam qoyuruq. 170 dərəcə temperaturda 12 dəqiqə ərzində bişiririk.
| | Devamı... 31 Ocak 2014 Cuma Venker 0 yorum

Şokoladlı peçenye Resepti

  1. Tərkibi (11 ədəd üçün):

  • 2 fincan + 2 x.q. un
  • 0,5 fincan qəhvə
  • 1/4 fincan quru süd
  • 1 ç.q. qabartma tozu
  • 1/2 ç.q. duz
  • 240 q kərə yağı
  • 1 + 3/4 fincan şəkər tozu
  • 1 iri yumurta
  • 2 ç.q. vanil ekstraktı
  • 1/4 fincan xama
  • 3 x.q. qaynar su

krem:
  • 300 q şokolad
  • 150 q yağ

    2.  Hazırlanması:

Ələnmiş unu, qəhvəni, quru südü, qabartma tozu və duzu qarışdırın.
Yumşaldılmış kərə yağını şəkər tozuyla mikserdə çalın. Yumurta, xama, vanil ekstraktı, qaynar su əlavə edin. Sonra unlu qarışığı əlavə edib eynicinsli kütlə alınanadək çalın.
Xəmirdən kündələr tutub yastılayın, siniyə bir-birindən 1,5 sm aralı olmaqla düzün.
180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin.
Hazır olandan s
onra şəbəkənin üzərində soyudun.
Su hamamında şokoladı əridin (çox qızmasın!). Yumşaldılmış kərə yağı ilə qarışdırın. Peçenyelərin arasına bu kremdən yaxmaqla cüt-cüt birləşdirin.
| | Devamı... 29 Ocak 2014 Çarşamba Venker 0 yorum

Kəsmikli Sağlam Pankeyk Hazırlanması

Ərzaqlar:
Yarım stəkan yulaf
Yarım stəkan yağsız kəsmik (bərk olmasın, bir qədər sulu olandan istifadə edin)
3 iri yumurtanın ağı
Balaca bananın yarısı
Çay qaşığı qabartma tozu (çay sodasından istifadə etməyin)
Bir damcı vanil suyu (ekstraktı)
Zövqə görə darçın (mütləq deyil)
Hazırlanma qaydası:

Bütün ərzaqları blenderdə yaxşıca qarışdırın (bir neçə saniyədən çox çəkməməlidir). Pankeklərin xəmiri hazırdı. Bir qədər duru amma çox da sulu olmayacaq.
Orta istilikdə altı yapışmayan tavaya bişirmə spreyi və ya kokos yağını sürtün (bunlar yoxdursa, hər hansı bir yağ ola bilər).  Tavaya hər pankeyk üçün təxminən ¼ stəkan xəmir  tökün və qapaqla üstünü örtün.  Bir tərəfi bir qədər qızardıqda, çevirib digər tərəfini də bişirin (bu dəfə qapağa gərək yoxdur). Pankeyklər bişərkən bir qədər qabaracaq, amma çox deyil.
Pankeyklərin üzərinə bal töküb yeyin.


| | | | Devamı... 15 Ocak 2014 Çarşamba Venker 0 yorum

İsveçrə keksi Resepti

Tərkibi:

  1. Alma sirkəsi – 2 x/q.
  2. Kakao – 6 x/q.
  3. Duru yağ – 0.75 (3/4) stəkan
  4. Su – 2 stəkan
  5. Şəkər tozu – 2 stəkan
  6. Un – 3 stəkan
  7. Vanil – 1 x/q
  8. Şokoladlı pudinq – 1 paket

Hazırlanması:
Keksi hazırlamaq üçün əvvəlcə quru ərzaqları bir qabda, duru ərzaqları da ayrı bir qabda qarışdırın. Sonra duru ərzaqları yavaş-yavaş quru ərzaqlar olan qaba əlavə edin. Qarışığı yaxşı yağlanmış dərin və ya geniş bir keks qəlibinə tökün. 175 dərəcədə 35-40 dəqiqə bişirin. Keksin xəmiri hazır olana qədər pudinqi bişirin. Pudinq bir az soyuyandan sonra keksin üzərinə tökmək lazımdır.

Alma piroqu Hazırlanması

Tərkibi:
Xəmiri üçün:yumurtanın sarısı 2ədəd,kərə yağı 150 q,şəkər tozu 150 q,xama 100 q,bir çimdik duz,qabartma tozu,350-400 qr un.
400-500 q turşməzə alma
Bize: 2 ədəd yumurtanın ağı, şəkər tozu 150 qr vanil.
Hazırlanması:

Xəmiri hazirladıqdan sonra 1/4 hissəsini dondurucuya qoyun bərkiyənə kimi.Qalan xəmiri diametri 24-26 sm-lik bir qaba yerləşdirin.Xəmiri qabın biraz kənarlarına qədər qaldırın.Soyuducuya təxminən 30 deq qoyun.
Bu arada almaları sürtgəcdən keçirin.Yumurtanın ağını bərkiyənə qədər çalın,sonra şəkər tozunu yavaş-yavaş əlavə edərək çalmağa davam edin.Xəmiri soyuducudan çıxarın,üzərinə almanı(suludursa suyunu sıxın)və sonra yumurta ağını əlavə edin.Sonda buzxanada olan xəmiri sürtgəcdən yumurta ağının üzərinə keçirin.
Öncədən isidilmiş sobada 30-40 deq ərzində 180 dərəcədə bişirin.



| | | Devamı... 12 Ocak 2014 Pazar Venker 0 yorum

Şarlotka Hazırlanması

Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 boyuk alma,vanil,qabartma tozu.
Hazırlanma qaydası: yumurta ilə şəkər tozunu yaxşıca çaldıqdan sonra vanil,un,qabartma tozunu əlavə edin yavaşca qarışdırın.Bişirəcəyiniz qaba perqament kağızı qoyub xəmirin yarısını tökün,üzərinə nazik-nazik doğranmış almaları əlavə edin və qalan xəmiri də almanın üzərinə tökün.170 dərəcədə bişirin.

Qarlı Praqa tortu Resepti

Tərkibi:
Korj: 
4 yumurta
2 st. şəkər tozu
400 q xama
400 q qatılaşdırılmış süd
1 ç.q. soda
3 st. un
Krem:
4 yumurtanın sarısı
500 ml süd
1 st. şəkər tozu
2 x.q. un (üstsüz)
2 x.q. nişasta (üstsüz)
100 q kərə yağı
1 q vanilin
albalı cemi
Qlazur:
200 q qara şokolad
100 ml süd
100 q kərə yağı

Bəzək:
beze
kokos yonqarı
şəkərli muncuqlar
Korjlar:
Yumurtaları şəkər tozu və xama ilə çalın.
Qatılaşdırılmış süd və limon şirəsində söndürülmüş soda əlavə edin.
Un əlavə edib yaxşıca qarışdırın.
Xəmiri iki yerə bölün. 180-200 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.
Krem:
Yumurta sarılarını şəkər tozu ilə çalın.
.
Un və nişastanı əlavə edin, lopa qalmasın deyə yaxşıca çalın.
Südü qızdırın, yumurta-un qarışığını əlavə edin. Vam odda daim qarışdıraraq bişirin. Qatılaşanda, üzərində iri qabarcıqlar əmələ gəlib vulkan kimi partlayanda götürün.
Soyudun, vanil və yumşaldılmış kərə yağı əlavə edib çalın.
Korjları iki yerə bölün. Hər 4 korja bolluca krem çəkib üst-üstə yığın. Otaq temperaturunda 2 saat saxlayın. Bir gecə soyuducuda saxlayın.
Səhəri gün tortun kənarlarını bıçaqla kəsib hamarlayın.
Albalı cemini qızdırın, tortun üstünə və kənarlarına çəkin.
Qlazur:
Südü qızdırıb içində şokoladla yağı əridin.
Tortun hər tərəfinə qlazur çəkin.
Üzərini beze, kokos yonqarı və şəkərli muncuqlarla bəzəyin.
Nuş olsun!
| | | | | Devamı... 9 Ocak 2014 Perşembe Venker 0 yorum

Şəkərparə Resepti

Erzaqlar:
100 q kereyağı
yarım stekandan az duru yağ
1 yumurta
yarım stekan pudra şeker
2 xörek qaşığı irmik
yarım paket qabartma tozu ve vanil
2-2,5 stekan un
1 yumurta sarısı
zövqe göre fındıq, badam
Şerbet:
2 stekandan biraz az şeker
2 stekan su
yarım limon suyu

Yumşalmış yağa pudra şeker, yumurta, duru yağ elave edib qarışdırlır.
Qarışıma biraz un qoyduktan sonra irmik, qabartma tozu ve vanil de elave edilir.
Ele yapışmayan yumşaq xemir elde edene qeder un elave edilib yoğurulur.
Xemirden qoz böyüklüyünde parçalar qopardıb yuvarladıqdan sonra liste düzün.
Üstüne fındıq ve ya badam yerleşdirin.
Evvelceden 170 derece qızdırılmış sobada şekerpareleri altı, üstü qızarana qeder bişirin.
Şerbeti yaxşı çeksin deye daha kiçik bir liste yığın(tek lay olaraq), soyumuş şerbeti üstüne tökün.
Üstünü örtüb şerbetini çekinceye qeder gözleyin.
| | | | | Devamı... 6 Ocak 2014 Pazartesi Venker 0 yorum

Yeni İl Tortu Resepti


Ərzaq
Təməli kövrək undan hazırlanmış xəmir:
un - 200 qr
qabartma tozu - 1 ç.q
çimdik duz
şəkər - 70 qr
vanilin - 1 paket
yumurta - 1 ədəd
un - 125 qr
İçlik
yumurta - 2 əd
süd -150 ml
smetan (qatı smetan) - 400 qr
yumşaq kəsmik - 1 kq
şəkər - 150 qr
şəkərli vanil -1 paket
1,5 paket vanilli pudinq (paketdə 37 qr)

Hazırlanması:
Göstərilmiş ərzaqlardan xəmir yoğurulur, 1 saatlıqa soyuducuya qoyulur. Xəmirin 2/3 hissəsini formanın dibinə yerləşdiririk (formanın diametri 26sm), yerdə qalan xəmir kolbasa formasında burulur və formanın iç tərəfində qıraqlara bərkidilərək bir növ bort formalaşdırılır.
İçlik üçün nəzərdə tutulmuş inqrediyentlər mikserlə çalınır. İki hissəyə bölünür və onların birinə kakao-tozu əlavə olunur.
Kəsmikli kütlənin hərəsindən(ağ, qara) iki xörək qaşığı, növbə ilə qoyulur xəmirin ortasına. Qaşıqla bərabərləşdirmək lazım deyil, çünki o özü formaya tam olaraq dağılıb, uyğunlaşacaq.
175-180С temperaturda 60 dəq. ərzində bişirilir.
| | | Devamı... 31 Aralık 2013 Salı Venker 0 yorum

“Spartak” tortu Resepti



Ərzaq:
xəmir üçün:
2 x.q. bal;
1 yumurta sarısı;
50 q yağ;
bir stakan şəkər;
1 ç.q soda, (sirkə ilə söndürülmüş);
8 x.q. süd;
3 x.q. kakao;
0,5 kq un.
Krem üçün:
0,5 l süd;
7 x.q. un;
stakan şəkər;
250 q yağ;
vanillli şəkər.

Qlazur üçün:
4 x.q. su;
4 x.q. kakao;
3 x.q şəkər;
0,5 paçka marqarin( südlü).
Hazırlanması:
Xəmir üçün: bal, yumrtanın sarısı, yağ, şəkər, soda(sirkədə söndürülmüş) süd az odda qaynadılır. Soyudulur. Sonra bu massanın içinə kakao, un əlavə olunur və 150 dərəcə temperaturda 5 dəqiqə ərzində 6 korj bişirilir (çox tez bişir).
Krem üçün:  süd unla birlikdə qaynadılır, soyudulur və yağ, şəkər, vanil ilə qarışdırılır. Bu kremlə korjlar kremlənəcək.
Qlazur üçün: su, kakao, şəkər, marqarin isidilir amma qaynadılmır, bir qədər soyudulur. Sonra qlazur tortun üzərinə tökülür.
Məsləhət: Korj qalın olmamalıdır, o zaman kremi özünə daha yaxşı çəkir.
| | | Devamı... 21 Ağustos 2013 Çarşamba Venker 0 yorum

Zoğal mürəbbəsi Resepti

Zoğal – 1kq, şəkər - 1,2kq.
Zoğaldan bütöstəkan su töküb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə 2-ci bişirmədən əvvəl tökülür. 5-8 saat saxlamaq şərti ilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və aradan 10-15 dəqiqə soyutmaq şərtilə 4-5 dəfəyə bişirilir.
v və çəyirdəyi çıxardılaraq mürəbbə bişirilir. Şəkərə 2

Heyva mürəbbəsi Resepti

Təmizlənib doğranmış heyvə – 1 kq, şəkər– 1,2 kq.
Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəqş pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir. Şərbətiheyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbbə arada 8-10
dəq. qaynadılıb 8 saat saxlanılmaq şərtilə 3-4 dəfəyə bişirilir
| | Devamı... Venker 0 yorum

Kakoslu peçenye Resepti


Terkibi:
60 eded üçün
200 q kere yağı ve ya marqarin
200 q şeker tozu
3 yumurta
200 q kakos yonqarı ( ağ ve ya rengli)
2 ç.q qabartma tozu
300-350 q un

Hazırlanma qaydası:
yağı şeker tozuyla qarışdırın.yumurta elave edib çalın.kakos yonqarını elave edib yaxşıca qarışdırın.qabartma tozu ve un elave edib çox da berk olmayan xemir yoğurun.sininin içine perqament döşeyin ve yaxud yağlayın.xemirden xırda kündeler tutun.onları siniye düzün 180 derecede qızdırılmış sobada
15-20 deqiqe bişirin.
| | Devamı... 8 Ağustos 2013 Perşembe Venker 0 yorum

Səni sevirəm peçenyesi Resepti

BIR PORSCUN 1bir packa kere yag. 1 s,t сахарая пудра. 1 yumurta. 3 vanel. 1 qabartma tozu. 4 s,t unsonra olan qatsiqi bicaqla urek formasinda kesin urekin ortasina bir barmaqla basin ve ora pavidla yerlesdirin artiq siriniyati bisire bilerik yadan cixarmayin ki urekleri seyrek duzeceksiniz cunki bisdikde sisicek BISME TENPURATIRI 200 DERECE OLMALDI urekler qizarmadan goturmelisiz. UREKLERI SEVDIYINIZ BIRINE HEDIYE EDE BILERSINIZ.
. HAZIRLANMA QAYDASI; once yagla yumurtani kirem sekilini alinca caliriq sonra unu vaneli qabartma tozunu сахарная пудра ovmaq lazimdi sonra elinizde kurecikler duzeldin kureni iki elinizin icinde sixin kureler darevi sekil alacaqdir

Peçenyedən hazırlanmış şokoladlı tort


Ərzaq:
-220 q peçenye
-220 q qara şokolad
-160 ml qaymaq
-2 x.q. kərə yağı
Qlazur üçün:
-110 q qara şokolad
-80 ml qaymaq
-1 x.q. kərə yağı
Hazırlanması:

Tort üçün formanın içinə folqa salınır. Kərə yağıyla yağlayın.  Peçenyeləri sındırın. Şokoladları kasaya yığın. Qaymaq və yağı odun üzərində əridib qaynar hala gətirin. Bu məhlulu şokoladın üzərinə əlavə edib yaxşıca qarışdırın.
Şokoladlı məhlulun içinə peçenye qırıntılarını əlavə edib qarışdırın. Hazır formaya boşaldıb, qoyun buz dolabında 3 saat qalsın, bərkisin.
Tortu formadan çıxarıb boşqaba qoyuruq. Kiçik qazançada qaymaqla yağı qaynadın və üzərinə şokolad əlavə edib qarışdırın. Hazır qlazur tortun üstünə tökülür və bərabər şəkildə
| | | Devamı... 3 Ağustos 2013 Cumartesi Venker 0 yorum

“Şarlotta” tortu Resepti


Ərzaq: Xəmir üçün:
-yumurta – 12 əd
-şəkər — 2 st
-un – 3 st
-soda limon şirəsi və yaxud sirkə ilə — 2 ç.q
-bal — 3 x.q.
-kakao — 1 x.q.
-kofe vanil — 1 x.q.
Крем:
- qatılaşdırılmış süd – 1 banka
- qaynadılmış qatılaşdırılmış süd – 1 banka
-300 q. vanil yağ
-1 x.q. kofe
Bəzək üçün şokolad və fındıq
Hazırlanması:

Yumurtanın ağı, köpük əmələ gələnə kimi çalınır və çalmağa davam edərək şəkər sonra bir-bir yumurtanın sarısını, sodanı limon şirəsiylə, bal və unu az-az əlavə edirik. Xəmir 3 hissəyə bölünür. Birinciyə kofe, ikincisinə kakao, üçüncüsünə isə vanil əlavə edilir. 180 dərəcə temperaturda yağlanmış qabda 3 biskvit bişirilir.
Krem hazırlayırıq.
Yağ (otaq temperaturunda) çalınır, yavaş-yavaş qaynadılmış sonra isə adi qatılaşdırılmış südü əlavə edirik. Həmçinin kofe və vanil əlavə edirik. Hazır biskvitlərin aralarına krem yaxırıq (ağ biskvit ortada olmaq şərtiylə). Üst biskvitə krem yaxılır və əridilmiş şokolad vəfındıqla yaxud qozla bəzədilir. İstərəniz biskviti şərbətlə də islada bilərsiniz.
Nuş olsun!

Zebra tortu Resepti


Ərzaq:
- yumşaq qaymaqlı Pendir  – 250 q
- kərə yağı – 50 q
- süd – 100 ml
- yumurta (yumurtanın sarısı və ağı ayrı ayrılıqda) – 6 əd.
- un – 40 q
- qarğıdalı unu – 25 q
- limon şirəsi – 1 x.q.
- şəkər – 150 q
- kakao-tozu – 4 ç.q.

Hazırlanması:

Əvvəlcə sobanı 140 dərəcəyə kimi qızdırın. Soba qızana kimi, formanı hazırlayın (yumru) və onu folqaya bükün. Piroq “su hamamında” bişiriləcək, onun üçün folqaya bükürük ki, su keçirməsin. Formanın içi yağlanır (bitki yağıyla). Yağı həddindən artıq vurmayın, bu piroqun dadına təsir yaxşı təsir etməz.
qaymaqlı pendiri, yağ və südü böyük istiyə davamlı kasaya yığırıq.
Bu kasanı su hamamında qızdırırıq içindəkiləri qarışdıra-qarışdıra əridirik.
Sonra bu məhlulu soyuduruq, yumurta sarısı, un, qarğıdalı unu əlavə edirik və sonda limon şirəsi tökürük. Hamısı yaxşıca qarışdırılır.
Ayrıca qabda yumurta ağını çala-çala, üstünə şəkər əlavə edirik. Sonda qatı kopük alınmalıdır.
Çalınmış yumurta ağını və pendirli məhlulu birləşdirib qarışdırırıq. Yumurtanın ağını hissə-hissə tökün.
Hamısı qarışdırılandan sonra iki hissəyə bölünür və birinə kakao-tozu əlavə olunur.
Sonra iki qaşıq götürüb hər xəmirdən formanın içinə növbə ilə yığırıq:  Ağ+qara+ağ+qara.
Sonra içi dərin qab götürürük, onun ¼-ni isti su ilə doldururuq və içində xəmir olan formanı qoyuruq onun içinə. Sonra 140 dərəcə qızdırılmış sobada 50-55 dəq. ərzində bişiririk.  Hazır olub olmamağını isə həmişə olduğu kimi kibrit dənəsinin köməyi ilə müəyyənləşdiririk.
Piroq hazır olandan sonra, tələsməyin onu sobadan çıxartmağa, yaxşı olar ki sobanın içində 10 dəq qalsın. Sonra onu soyuducuya qoymaq olar.